XI Bakı Beynəlxalq Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur

Mədəniyyət siyasəti
  • 30 sentyabr, 2025
  • 11:59
XI Bakı Beynəlxalq Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur

XI Bakı Beynəlxalq Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sərgidə 123 Azərbaycan şirkəti, eyni zamanda, 23 ölkədən 68 xarici şirkət təmsil olunur:

"Bu ölkələr sırasında Türkiyə, Rusiya kimi böyük kitab bazarına malik dövlətlərin də olması məsələnin əhəmiyyətini bir daha göstərir".

O.Fikrətoğlu bildirib ki, kitab sərgisinə getmək istəyənlər üçün ödənişsiz avtobuslar təşkil ediləcək:

"Ziyarətçilər sərgiyə metronun "Koroğlu", "28 May" və "Elmlər Akademiyası" stansiyalarından hər yarım saatdan bir avtobuslarla ödənişsiz hərəkət edə biləcəklər".

Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 1-də Bakı Ekspo Mərkəzinin foyesində başlayacaq və 7-dək davam edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti