Xəstəxanada müalicə alan Xalq artistinin durumu ilə bağlı açıqlama
Mədəniyyət siyasəti
- 09 fevral, 2021
- 11:16
İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev palataya köçürülüb.
Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.
Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti stabil yaxşıdır: “Xalq artisti Reanimasiya şöbəsindən palataya köçürülüb. Onun səhhətindəki bir sıra problemlər artıq öz həllini tapıb. Hazırda palata şəraitində reabilitasiya və müalicə prosesləri davam edir. Qarşıdakı günlərdə həkimlər vəziyyətini qiymətləndirdikdən sonra evə buraxıla bilər”.
Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
10:16
"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib
Futbol10:15
Azərbaycan və ABŞ data mərkəzləri sahəsində birgə investisiya imkanlarını müzakirə edib
İKT10:13
UEFA Konfrans Liqasının Liqa mərhələsində V turun oyunları keçiriləcək
Futbol10:07
İstanbulda ikimərtəbəli binada yanğın olub, 3 uşaq ölüb
Region10:06
Yaxın zamanda 6-cı "Yüksəliş" müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq
Daxili siyasət10:03
Nikol Paşinyan Moskvaya səfər edəcək
Region10:01
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VI turun üç oyunu baş tutacaq
Komanda09:52
Yaponiyada zəlzələdən sonra 24 yeraltı təkan baş verib
Digər ölkələr09:51