Sənətşünas: Şərq musiqisinin mənfi tendensiyaları musiqimizdə özünü bayağı formada göstərir

Mədəniyyət siyasəti
  • 10 dekabr, 2025
  • 12:06
Sənətşünas: Şərq musiqisinin mənfi tendensiyaları musiqimizdə özünü bayağı formada göstərir

Şərq musiqisindəki mənfi tendensiyalar Azərbaycan musiqisində özünü bayağı formada göstərir.

"Report"un məlumatına görə, bunu sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova Bakıda ilk dəfə keçirilən "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumunun panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qloballaşma mədəni mühitə həm müsbət, həm də mənfi təsirlər göstərir:

"Burada müsbət təsir dedikdə mədəni əlaqlərin genişlənməsini, mədəni irsin beynəlxalq müstəvidə tanıdılmasını və yaradıcı sənayelərin inkişafını qeyd etmək olar. Azərbaycan 2000-ci illərdən etibarən bir sıra beynəlxalq mədəni təşkilatlara qoşularaq onlarla əməkdaşlıq etməyə başlayıb".

Musiqişünas qlobal çağırışlar fonunda mənfi təsirlərin də qaçılmaz olduğunu vurğulayıb:

"Burada milli kodun zədələnməsini qeyd eləmək olar. Məsələn, Şərq musiqisindəki mənfi tendensiyalar musiqimizdə özünü bayağı formada göstərir. Hesab edirəm ki, hüquqi səviyyədə bu hallara qarşı mübarizə aparılmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti