Partlayışda xəsarət alan aktyorun səhhəti yaxşılaşıb
Mədəniyyət siyasəti
- 01 mart, 2021
- 07:49
Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.
Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova “Report”a bildirib ki, artıq aktyorun həyati təhlükəsi yoxdur:
“Hadisədən sonrakı bir həftə onun üçün kritik idi. Şükürlər olsun ki, artıq bu təhlükə geridə qaldı. Bu gün növbəti dəfə sarğıları dəyişdirildikdən sonra palataya köçürüləcək".
Qeyd edək ki, 36 yaşlı C.Telman fevralın 22-də evində baş verən partlayış nəticəsində xəsarət alıb. O, yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.
Son xəbərlər
15:16
Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb, ölən var - YENİLƏNİB
Region15:13
Tramp: Neftin qiymətləri noyabra qədər sabitləşə bilər
Digər ölkələr15:11
Beşiktaş"ın futbolçusu Kartal Kayra Yılmaz əməliyyat olunub
Futbol15:10
Azərbaycan ötən il Çexiyanın əsas neft tədarükçüsü olub
Energetika15:10
Azərbaycan və İsveçrə XİN-ləri siyasi məsləhətləşmələr keçirəcək
Xarici siyasət15:09
Azərbaycanda kripto və NFT poçt markaları dövriyyəyə buraxıla bilər
İKT15:07
İsrail Livanın dərinliklərinə doğru irəliləmək imkanını nəzərdən keçirir
Digər ölkələr15:04
Azərbaycan və BP neft-qaz hasilatı potensialının inkişafını müzakirə edib
Energetika15:03
Foto