Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Mədəniyyət siyasəti
- 09 dekabr, 2025
- 21:46
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində "Galkynysh" Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.
"Report" xəbər verir ki, Türkmənistanın qədim atçılıq ənənələrini, milli mədəniyyətini və folklorunu qoruyan "Galkynysh" Milli At Oyunları Qrupu çıxışı zamanı qonaqlara zəngin mədəni irsi nümayiş etdirib.
Nümayişdən sonra Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.
Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşayiət olunub.
Son xəbərlər
11:56
İlin son faizini qaçırmayın!
Maliyyə11:54
SOCAR rəqəmsal təhlükəsizlik layihələrini digər emal müəssisələrinə genişləndirəcək
Energetika11:53
Azərbaycanın voleybol hakimləri bu gün avrokubok matçlarında iş başında olacaq
Komanda11:52
Bakıda memarlıq abidəsi olan binadakı eyvan təbii təsirlərdən uçub - RƏSMİ
Hadisə11:48
AZPROMO: 100-dən çox türk şirkəti Qarabağ və Şərqi Zəngəzurdakı işlərdə iştirak üçün müraciət edib
Biznes11:48
Foto
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
İnfrastruktur11:46
Nobel Sülh Mükafatını Maçadonun qızı alacaq
Maraqlı11:46
Foto
Bərdədə bir qrup keçmiş məcburi köçkün peşə hazırlığına cəlb edilib
Sosial müdafiə11:42