Füzulidə Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib

Mədəniyyət siyasəti
  • 19 dekabr, 2025
  • 12:58
Füzulidə Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib

Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib.

"Report" xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "X" sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə özbək incəsənət nümayəndələri rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti