Bakıda gürcü rəssamların kukla sərgisi keçiriləcək
Mədəniyyət siyasəti
- 11 dekabr, 2017
- 08:49
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasında gürcü rəssamların "Mələyin qanadları altında" adlı kukla sərgisi keçiriləcək.
Bu barədə "Report" Muzey Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir.
Ekspozisiya Yeni il bayramına həsr olunub və ziyarətçilər üçün dekabrın 15-də açılacaq. Sərgidə 32 gürcü rəssamın əl işi təqdim olunacaq.
Həmçinin sərgi çərçivəsində gürcü rəssam Baçana Xalvaşinin Bakı Marionet Teatrının "Leyli və Məcnun" tamaşası üçün hazırlanmış kuklaları təqdim olunacaq.
Qeyd edək ki, sərgidə göstəriləcək əsərlər kukla sənətinin müxtəlif janrlarına - bədii kuklalar, kiçik heykəltəraşlıq, marionetlər və suvenir kuklalar janrlarına aiddirlər.
Son xəbərlər
00:24
Şirvanda yaşayış evində partlayış olub
Hadisə00:03
ABŞ Səfirliyi Amerikanın İraqdakı universitetlərinə hücum təhlükəsi barədə xəbərdarlıq edib
Digər ölkələr23:48
İsrail Tehrana yeni hücum dalğası başladıb
Digər ölkələr23:38
Almaniyada dizel yanacağının bahalaşması səbəbindən daşıyıcıların xərcləri artıb
Digər ölkələr23:17
İsrail Ordusu: Son 24 saatda İrana 140 hava hücumu həyata keçirilib
Digər ölkələr22:59
Ağ Ev: ICE ABŞ hava limanlarında təhlükəsizliyin təminatını davam etdirəcək
Digər ölkələr22:28
Foto
Video
Pakistanın Baş naziri Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Digər ölkələr22:11
Məhəmməd İshaq Dar: ABŞ-İran danışıqları yaxın günlərdə Pakistanda baş tuta bilər
Digər ölkələr22:00