Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli görüşündə çıxış edib

Mədəniyyət siyasəti
  • 15 dekabr, 2025
  • 08:57
Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli görüşündə çıxış edib

BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən Ər-Riyad şəhərində təşkil olunan 11-ci Qlobal Forum çərçivəsində dekabrın 14-də UNAOC Dostlar Qrupunun yüksək səviyyəli görüşü keçirilib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin "Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır" fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.

Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edən A.Kərimli UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib.

Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə toxunulub.

Son xəbərlər

Bütün Xəbər Lenti