Adil Kərimli Ağsuda vətəndaş qəbulu keçirib
Mədəniyyət siyasəti
- 23 yanvar, 2026
- 15:43
Mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də Ağsu rayonunda vətəndaşları qəbul edib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.
Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Nazir vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
Son xəbərlər
19:19
"TikTok"da "Velizarofficial" adlı səhifəni idarə edən şəxs həbs olunub
Hadisə19:16
Azərbaycan və Özbəkistan 2026-cı ildə əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib
Xarici siyasət19:05
Sabah Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq
Energetika19:05
"Qarabağ" fransalı futbolçunun transferini elan edib
Futbol19:01
Qazaxıstan ikinci AES-in tikintisi haqqında qərar qəbul edib
Region18:58
Britaniya İranın DİN rəhbərinə sanksiya tətbiq edib
Digər ölkələr18:57
Foto
SOCAR ilə "Yokogawa Europe B.V." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Energetika18:51
Portuqaliya klubu yeni transferini açıqlayıb
Futbol18:46