Uşağın tvitter paylaşımı amerikalıları qorxudub
Maraqlı
- 30 mart, 2021
- 07:54
ABŞ Ordusu Strateji Komandanlığının rəsmi tvitter hesabındakı qəribə paylaşım internet istifadəçilərini qorxudub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən komandanlığın hesabında xaotik hərf toplusundan ibarət mesaj paylaşılıb və bu, dərhal oxucuların çılğın reaksiyasına səbəb olub.
Sirli mesaj silinmədən əvvəl 11 mindən çox istifadəçi onu repost edib. Bəzi oxucular bunun yadplanetlilər üçün mesaj olduğunu düşünüblər. Digərləri isə pişiyin klaviaturada gəzdiyini ehtimal ediblər.
Sonda isə məlum olub ki, bu, komandanlığın tvitter hesabına cavabdeh olan menecerin nəzarətsiz qalan uşağının işi imiş...
Komandanlıq yaranan qarışıqlığa görə elə o postun şərh bölməsində üzr istəyib, ancaq sonradan həm şərhi, həm də postu silib.
Son xəbərlər
08:57
Şirvanda keçmiş məhkumda 8 kiloqrama yaxın marixuana aşkarlanıb
Hadisə08:53
Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsinin keçiriləcəyini elan edib
Digər ölkələr08:37
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub
Digər ölkələr08:08
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:50
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
İnfrastruktur07:43
Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək
Digər ölkələr07:12
Foto
Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib - YENİLƏNİB
Hadisə07:10
Sergey Lavrov Çində səfərdədir
Region06:38