Uinston Çerçilin başmaqları 54 min dollara satıldı
Maraqlı
- 09 mart, 2021
- 21:02
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çerçilin (1874-1965) geydiyi məxməri başmaqları 54,2 min ABŞ dollarına satılıb.
Bu barədə “Report” “Bellmans” hərrac evinin saytına istinadən xəbər verir.
Başmaqlar tünd göy məxmərdən istehsal edilib və üzərində qızılı rəngli sapla WSC inisialları tikilib. Qeyd edilir ki, Çerçil onları ikinci dəfə hökumət başçısı olarkən tez-tez geyinirmiş.
Başmaqları Britaniya kolleksiyaçısı şəxsi kolleksiyası üçün alıb. Onun adı açıqlanmır.
Bir neçə gün bundan əvvəl isə məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çerçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" (“Tower of the Koutoubia Mosque”) şəkilini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt sterlinq) satıb.
Son xəbərlər
22:43
DÇ-2026: Almaniya Kurasaonun qapısına 6-cı qolu vurub - YENİLƏNİR-9
Futbol22:32
ABŞ-də paraşütçüləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb
Digər ölkələr22:24
Tramp ABŞ-İran memorandumunun imzalanmasının təxirə salındığını açıqlayıb
Digər ölkələr22:04
Avropa Liqası: Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İspaniyaya məğlub olub
Komanda22:01
Zelenski və Tramp sülhü və Ukraynaya dəstəyi müzakirə ediblər
Digər ölkələr21:53
Tramp: İranla saziş yaxın bir neçə saat ərzində imzalanacaq
Digər ölkələr21:43
Foto
Marneulidə Nizami Gəncəvinin vandalizmə məruz qalan büstü bərpa olunur
Region21:31
Məhəmməd Muradlı Özbəkistanda keçirilən beynəlxalq şahmat turnirində birinci olub
Fərdi20:49