​Türkiyədə əsgərlər andiçmə mərasimində Osmanlı marşını oxuyacaq

Maraqlı
  • 11 dekabr, 2014
  • 08:41
​Türkiyədə əsgərlər andiçmə mərasimində Osmanlı marşını oxuyacaq

Bakı.11 dekabr. REPORT.AZ/ Türkiyənin İzmir bölgəsinin Yeni Foca rayonundakı 7-ci Jandarm Komando Təlim Alayının komandanlığında əsgərlərin andiçmə mərasiminə hazırlıq görülür.

"Report" Türkiyənin "Haber7" saytına istinadən xəbər verir ki, komandir Harun Səlim Tosun əsgərləri bu tədbiri Osmanlının ordu marşı ilə hazırlayır.