Misirli atlet 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin "Rekordlar" kitabına düşüb

Maraqlı
  • 28 sentyabr, 2025
  • 06:37
Misirli atlet 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin Rekordlar kitabına düşüb

Misirli ağırlıqqaldıran və pauerliftinq üzrə dünya çempionu Əşrəf Məhəmməd 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin "Rekordlar" kitabına düşüb.

"Report" bu barədə "Al Khaleej" qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, idmançı Misirin Hurqad şəhərindəki çimərlikdə gəmini müvəffəqiyyətlə yedəkləyib.

Rekord üçün yer seçimi təsadüfi deyildi: Məhəmməd şəxsən Hurqadada israr edirdi, ümid edirdi ki, onun nailiyyəti kurort bölgəsinə əlavə turistlər cəlb edəcək.

İdmançı çəkisi 600 tondan çox olan gəmini dişləri ilə suda 16 metrdən çox çəkən ukraynalı idmançı Oleh Skavışın əvvəlki rekordunu üstələyib.

Son xəbərlər

Bütün Xəbər Lenti