Koronavirus xəstələrini müəyyən etmək üçün itlərdən istifadə olunacaq
Maraqlı
- 11 fevral, 2021
- 16:55
Hindistan hərbçiləri koronavirusa yoluxanları tapmağı iki itə öyrədərək bununla bağlı daha çox itə təlim keçməyi nəzərdə tutur.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, layihə çərçivəsində itlərin təlim keçərək xərçəng, qızdırma, diabet, Parkinson xəstəliyi və s. aşkar etmək bacarıqları əsas götürülüb.
İndi koronavirusla bağlı sınaqlara "koker spaniel" və yerli tazı cinsi olan "çippiparay" itləri cəlb edilib. İştirakçı itlərə COVID-19 testi müsbət çıxmış xəstələrin sidik və tər nümunələri ilə çalışmaq təlimi keçilib. Hər iki itin yüksək nəticə göstərdiyi bildirilir.
Təlim kursunu tamamladıqdan sonra itlər paytaxt Dehlidə tranzit sərnişinlərin yoxlandığı məntəqəyə göndərilərək 3 mindən artıq nümunə arasında 18 xəstə təyin ediblər.
Son xəbərlər
20:32
Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib
Xarici siyasət20:26
YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
Region20:15
Tramp İranla razılaşmanı ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə hazırdır
Digər ölkələr20:11
Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Biznes20:08
"Zirə" UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan klubuna rəqib olub
Futbol20:07
Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı cinayət işi başlatmaq niyyətindədir
Region20:05
Azərbaycanın daha 3 boksçusu Çində keçirilən Dünya Kubokunda mərhələ adlayıb
Fərdi20:03
"Hizbullah" lideri: Xamenei və Pezeşkiana təşəkkür edirik
Region19:48