Formula 1 üzrə Sinqapur Qran Prisində trasa böyük kərtənkələ çıxıb
Maraqlı
- 19 sentyabr, 2016
- 08:44
Bakı. 19 sentyabr. REPORT.AZ/ "Formula 1" üzrə Sinqapur Qran Prisində maraqlı hadisə baş verib. "Report"un məlumatına görə, yarış zamanı trassa böyük kərtənkələ çıxıb.
Bu barədə "Red Bull"un pilotu Maks Ferstappen komanda ilə radio əlaqə zamanı bildirib. "McLaren"in sürücüsü Fernando Alonso da sosial şəbəkədə canlıların yola çıxmasından söz açıb. O, Kanadada keçirilmiş Qran Pridə küçə itlərinin trasa çıxdığını yazıb.
Bu cür hadisələr digər Qran prilərdə də baş verib. Avstriyada maral, Malayziyada ilan, 17 - 19 iyunda Bakıda keçirilmiş Avropa Qran Prisində isə pişik pilotlara maneçilik törədib.
Qeyd edək ki, Fernando Alonso Avropa Qran Prisinin elçisi olub.
Son xəbərlər
15:27
Vuçiç: Serbiya ÜDM artımına görə gələn il Avropada birinci olacaq
Digər ölkələr15:16
"Mançester Yunayted" Aleks Skott üçün 40 milyon funt sterlinq təklif etməyə hazırdır
Futbol15:03
Netanyahu sabah ABŞ-yə səfər edəcəyini açıqlayıb
Digər ölkələr14:55
Serbiyada prezident seçkilərinin mümkün tarixi açıqlanıb
Digər ölkələr14:48
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib
Digər ölkələr14:39
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında mübarizə başa çatıb
Fərdi14:29
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında İslandiyaya uduzub
Komanda14:24
Foto
Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib
Daxili siyasət14:13