Əfqanıstanda internet qadağan edilib
Maraqlı
- 18 sentyabr, 2025
- 03:39
Əfqanıstanın "ali lideri" Heybətullah Axundzadənin ölkə daxilində fiber-optik internet və Wi-Fi-ı qadağan etmək qərarı qətidir və geri alınmazdır.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Afghanistan International" məlumat yayıb.
Nəşr qeyd edib ki, artıq Əfqanıstanın 34 əyalətindən 10-da internet xidməti işləmir.
Bundan başqa Qəndəharda "ali lider"lə görüşmək üçün Kabildən gələn hökumət nümayəndə heyəti arasında aparılan danışıqlar nəticəsiz başa çatıb.
Mənbələrin bildirdiyinə görə, Axundzadə sırf dövlət qurumları və diplomatik nümayəndəliklərin internetə çıxışını təmin edəcək yeni şirkətin yaradılmasına göstəriş verib.
Son xəbərlər
09:19
Foto
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
Energetika09:18
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
Fərdi09:04
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (01.08.2026)
Maliyyə09:04
WP: ABŞ Ədliyyə Nazirliyi keçmiş olimpiyaçıya qarşı cinayət işinə xitam verilməsini tələb edib
Digər ölkələr08:36
İnfantino DÇ-2030-un tarixdə ən yaxşı çempionat olacağını bildirib
Futbol08:23
Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət siyasəti08:04
Foto
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
Daxili siyasət07:54
Oman sahillərində tanker hücuma məruz qalıb
Digər ölkələr07:25