Amerikalı bioloqun Nobel medalını rusiyalı milyarder satın alıb
Maraqlı
- 09 dekabr, 2014
- 17:00
Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyalı milyader Əlşir Usmanov "Christie's" hərracında amerikalı bioloq Ceyms Uotsonun Nobel mükafatının qızıl medalını alıb. "Report" "BBC"yə istinadən xəbər verir ki, o, bu medala 4 milyondan artıq dollar ödəyib.
Xatırladaq ki, C.Uotson DNT-nin quruluşundakı ixtirasına görə 1962-ci ildə Nobel mükafatı alıb. O, sağlığında Nobel medalı satılan ilk laureatdır. C.Uotson müsahibəsində deyib ki, 2007-ci ildə irqi ayrı-seçkiliklə bağlı iradlarından sonra elmi cəmiyyətdən uzaqlaşdırılıb: "Bundan sonra medalımı satmaq qərarına gəldim".
O, medalın satışından alacağı vəsaiti xeyriyyə işlərinə xərcləyəcəyini də vurğulayıb.
Son xəbərlər
15:06
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
Komanda15:05
"Regional" BOKT-un istiqrazlarına 64 investor maraq göstərib
Maliyyə14:59
Bəxtiyor Saidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib
Xarici siyasət14:52
Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib
Maliyyə14:51
CPC Qazaxıstan neftinin Novorossiysk vasitəsilə ixracını bərpa edib
Energetika14:48
Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
İKT14:45
Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib - YENİLƏNİB-2
Fərdi14:43
Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb
ASK14:35