ABŞ-də iki nəfər lotereyada 1,8 milyard dollar udub

Maraqlı
  • 08 sentyabr, 2025
  • 08:37
ABŞ-də iki nəfər lotereyada 1,8 milyard dollar udub

ABŞ-də Missuri və Texas ştatlarından olan iki sakin "Powerball" lotereyasının tarixində ikinci ən böyük uduşun sahibləri olublar.

"Report"un məlumatına görə, onlar təxminən 1,8 milyard dollar məbləğindəki cekpotu bölüşəcəklər ki, bu da Amerika lotereyalarının tarixində ikinci ən böyük mükafat hesab olunur.

Uduş biletlərinin sahiblərinin kimliyi açıqlanmır. Hər qalib 893,5 milyon dollar məbləğində illik ödənişli və ya 410,3 milyon dollar birdəfəlik ödəniş variantını seçə bilər.

İllik ödəniş 30 ilə yaxın müddətdə hissə-hissə həyata keçirilir. Birdəfəlik məbləğ isə vergilər çıxılmadan əvvəl ödənilən daha kiçik, lakin dərhal verilən vəsaitdir.

Cekpotu udmaq ehtimalı 292,2 milyonda 1 təşkil edir. "Powerball" lotereyası həftədə üç dəfə keçirilir. 1,787 milyard dollarlıq bu uduş yalnız 2022-ci ilin noyabrında Kaliforniyada bir nəfərin qazandığı 2,04 milyard dollarlıq rekord cekpotdan bir qədər azdır.

"Powerball" biletləri 2 dollara satılır və ABŞ-nin 45 ştatında, eləcə də Kolumbiya dairəsi, Puerto-Riko və ABŞ Vircin adalarında əldə edilə bilər.