Yunanıstanın dövlət istiqrazlarının gəlirliliyi minimum həddə düşüb
Maliyyə
- 08 oktyabr, 2020
- 11:27
Avropa Mərkəzi Bankı (ECB) və Avropa İttifaqının (Aİ) Yunanıstana verdiyi maliyyə dəstəyi investorların bu ölkə ilə bağlı narahatlığını xeyli azaldıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Yunanıstan yaxın vaxtlarda Aİ-nin bərpa fondundan 16 milyard avro qrant almağa hazırlaşır. Bu xəbərin yayılması fonunda Yunanıstanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 6 faiz bəndi azalaraq minimum həddə - 0,9%-ə düşüb.
Xatırladaq ki, Yunanıstan dövlət istiqrazlarının gəlirliliyi sonuncu dəfə tarixi minimumu koronavirus pandemiyasının Avropaya tam təsir göstərmədiyi fevral ayında yeniləmişdi. 10 il bundan əvvəl isə Yunanıstan hökuməti istiqrazlara illik 40% gəlir vəd edirdi.
Son xəbərlər
11:04
AMADA "Qarabağ"ın aşağı yaş qrupları üçün antidopinq maarifləndirmə seminarı keçirib
Fərdi11:00
Azərbaycan Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sına qoşulacaq
Milli Məclis11:00
Qadağan edilən yerlərdə elektron siqaret çəkənlər 30 manat cərimə ediləcək
Milli Məclis11:00
Azərbaycanda elektron siqaretlərin satışına görə 5 min manat cərimə tətbiq ediləcək
Milli Məclis10:55
Azərbaycanda yanvarda 31 min mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb
Biznes10:53
Foto
Azərbaycan məhsulları Yaponiyanın ticarət şəbəkələrinə inteqrasiya ediləcək
Biznes10:53
Qazaxıstanda MDB-də ilk ekoloji yanacaq istehsalı zavodu inşa ediləcək
Energetika10:52
Suraxanı icra başçısına töhmət verilib, Xəzər icra başçısına xəbərdarlıq edilib
Daxili siyasət10:50