"Yelo Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 08 dekabr, 2025
- 09:58
Yanvarın 13-də, saat 11:00-da "Yelo Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bank baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında olacaq.
Yığıncağın gündəliyinə cari və təşkilati məsələlər, kredit təşkilatının nizamnaməsinin yeni redaksiyada təsdiq olunması daxildir.
Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 %-i Marina Kulişovaya, 0,96 %-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 %-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.
Son xəbərlər
03:08
ABŞ Baş Prokuroru: Ələ keçirilən tanker Venesuela və İrandan neft daşıyıb
Digər ölkələr02:49
Almaniya yaxın günlərdə Polşadan "Patriot"larını çıxaracaq
Digər ölkələr02:17
Axios: Ukrayna son sülh planı layihəsinə cavabını ABŞ-yə təqdim edib
Digər ölkələr01:56
UEFA Çempionlar Liqası: "Real" evdə "Mançester Siti"yə uduzub
Futbol01:41
ABŞ Venesuela sahillərində tanker saxlayıb
Digər ölkələr01:26
Boliviyanın keçmiş Prezidenti saxlanılıb
Digər ölkələr01:25
Foto
"Qarabağ"dan qalan - FOTOSESSİYA
Futbol01:08
Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib
Xarici siyasət01:05