"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 7 % azalıb
- 14 oktyabr, 2025
- 10:24

"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin yanvar-sentyabr aylarını 7,712 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,1 % azdır.
9 ay ərzində "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 58,34 milyon manat (illik müqayisədə 14,4 % çox), xərcləri 43,871 milyon manat (14,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,443 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,315 milyon manat (45,9 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 657,096 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,1 % çoxdur. Bunun 404,912 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 36,8 % böyüyüb.
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 15,5 % artaraq 536,095 milyon manat, o cümlədən depozit portfeli 8,9 % artaraq 439,007 milyon manat, balans kapitalı isə 13,5 % artaraq 121,001 milyon manat olub.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.