Vüsal Qurbanov: "Süni intellekt əsaslı nəzarət sığortanın yeni standartları olacaq"
- 28 oktyabr, 2025
- 11:03
Süni intellekt əsaslı nəzarət modelləri yaxın gələcəkdə sığortanın yeni standartları olacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, data mühəndisliyinə əsaslanan avtomatlaşdırılmış qiymətləndirmələr sığortaçılara daha dəqiq, ədalətli və çevik xidmətlər təklif etməyə imkan yaradır: "Bütün bunlar müştəri loyalığını artırır, əməliyyat xərclərini azaldır və sığırtanın davamlı inkişafına tövhə verir. Azərbaycanın sığorta bazarında "Inshurtech"lərin tətbiqi, tənzimləyici "sendbox" rejimləri, rəqəmsal transformasiyanın yerli və qlobal bazarlara təsirləri requlyator olaraq AMB-nin daim diqqət mərkəzindədir".
AMB rəsmisi əlavə edib ki, məqsəd beynəlxalq trendləri izləməklə bərabər, onları yerli reallıqlara uyğunlaşdırılaraq ölkəmizdə tədbiqi üçün sığorta sektoruna şərait yaratmaq, istehlakçıların tələblərinə uyğun sığorta məhsullarına çıxışı təmin etməkdir: "Bilirik ki, rəqəmsal identifikasiya, onlayn satış platformaları, avtomatlaşdırdığımız zərər qiymətləndirmə sistemləri, həmçinin süni intellekt əsaslı nəzərət modelləri yaxın gələcəkdə suvertanın yeni standartları olacaq".
Bundan başqa, onun sözlərinə görə, türk dövlətləri arasında "start-up" təşəbbüsləri, vahid məlumat platformalarının yaradılması türk dünyasının "InsurTech" xəritəsində yeni səhifə açacaq: "Bu gün ölkəmizdə bütün icbari sığorta növləri vahid elektron sistem üzərindən həyata keçirilir. Elektron şəhərdnəmə sistemi tətbiq olmaqla rəqəmsal modullar vasitəsilə real vaxt rejimində tərəflər arasında məlumat mübadiləsi təmin edilib. Bütün qeyd olunanlar sığorta xidmətlərinə əlçatanlığı, proseslərdə şəffaflığı, həm də bazarın effektivliyini əhəmiyyətli dərəcədə artırıb".
"Requlyator olaraq biz texnoloji yeniliklərin Azərbaycanda tətbiq olunmasında maraqlı olduğumuz üçün bu məsələdə sıgorta şirkətlərinin rolunu yüksək qiymətləndirik. İcbari Sıgorta Bürosu AMB-nin dəstəyi ilə icbari sığorta sisteminin zəmanətçi olmaqla yanaşı, sığorta xidmətlərinin rəqəmsallaşmasında mühüm işlər həyata keçirməkdədir. Biz də bu əməkdaşlığın mərkəzində olmaqdan, rəqəmsal sığorta üzrə təcrübələrimizi qardaş ölkələrlə bölüşməkdən və regionun "InsurTech" gələcəyini formalaşdırmaqdan qürur duyuruq. Əminəm ki, bu tədbir praktik tərəfdaşlıqlara, ortaq layihələrə və yeni ideyalara imkanlar açacaq".