“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 23 noyabr, 2020
- 08:40
Dekabrın 23-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Unibank"ın korporativ sənədlərinin qəbul edilməsi, təşkilati və digər məsələlər daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Son xəbərlər
09:56
Azərbaycanda amnistiya aktının icrasına cəzaçəkmə müəssislərində başlanılıb
Hadisə09:53
Video
Azərbaycanda mənşə sertifikatları ilə bağlı müraciətlər yalnız "E-keyfiyyet.gov.az"la qəbul olunacaq
Biznes09:47
Foto
Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Fərdi09:40
Hazırda əhali arasında ən çox kəskin respirator virus infeksiyalarına rast gəlinir - RƏSMİ
Sağlamlıq09:34
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
Energetika09:33
Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək
ASK09:30
FHN: Ötən həftə 68 nəfər xilas edilib, 8 nəfərin meyiti tapılıb
Hadisə09:25
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:24