Türk Dünyası Auditorlar Şurasının yaradılması ilə bağlı razılıq əldə olunub

Maliyyə
  • 14 noyabr, 2025
  • 17:00
Türk Dünyası Auditorlar Şurasının yaradılması ilə bağlı razılıq əldə olunub

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Türk Dünyası Auditorlar Şurasının yaradılması istiqamətində ilkin razılıq əldə edilib.

"Report" bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

Bildirilib ki, Auditorlar Palatası, Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) və Qazaxıstan Auditorlar Palatasının nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib. Görüşün məqsədi audit və mühasibatlıq sahəsində institusional əməkdaşlıq mexanizmlərinin qurulması, auditin keyfiyyətinə nəzarət, ƏL/TM və haqsız rəqabətə qarşı mübarizə, auditorların sertifikasiyası üzrə birgə fəaliyyət imkanlarının müzakirəsi, eləcə də türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyinin yaradılması məsələlərinin dəyərləndirilməsi olub.

Görüşdə Auditorlar Palatasının sədri Vahid Novruzov, KGK-nın 2-ci sədri Hayrettin Kurt, sədr müavini Murat Yünlü, şöbə müdiri Mehmet Şirin, Qazaxıstan Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan, eləcə də Azərbaycan Auditorlar Palatasının rəhbər heyəti iştirak edib.

Tərəflər Türk Dünyası Auditorlar Şurasının təsis olunması üçün işçi qrupunun yaradılması, həmçinin şuranın məqsədlərinin və strukturunun hazırlanması barədə ilkin anlaşma əldə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti