“Standard Insurance”ın avtomobilləri satışa çıxarılıb
- 28 yanvar, 2021
- 08:41

Fevralın 3-də ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
Bu barədə "Report"a qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, hərrac “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin təşkilatçılığı ilə baş tutacaq. Hərraca aşağıdakı avtomobillər çıxarılacaq.
S/N | Model | Marka | Buraxılış ili | Dövlət nömrə nişanı | İlkin satış qiyməti (manatla) |
1 | TUCSON | HYUNDAI | 2008 | 90 AK 799 | 12 500 |
2 | KIA | CERATO | 2011 | 99 PB 461 | 14 000 |
3 | ACCENT | HYUNDAİ | 2012 | 10 PJ 965 | 11 000 |
4 | ACCENT | HYUNDAİ | 2012 | 10 PJ 966 | 11 500 |
5 | İX 35 | HYUNDAI | 2008 | 10 PK 931 | 20 000 |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linklərdən əldə etmək mümkündür:
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/23393422
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/23393888
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/23394060
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/23394425
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/23394674
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.