"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
Maliyyə
- 21 may, 2026
- 02:36
Amerikanın "SpaceX" şirkəti səhmlərinin ilkin kütləvi təklifi (IPO) üçün sənədləri təqdim edib.
"Report" xəbər verir ki, bunu ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında dərc olunmuş qeydiyyat forması sübut edir.
Sənədə əsasən, "Space Exploration Technologies Corp" şirkəti "Nasdaq" birjasında "SPCX" ticarət nişanı altında siyahıya alınmağı planlaşdırır.
Bu, ABŞ tarixində ən böyük bazar debütü ola bilər.
Açıqlanan məlumatlara görə, "SpaceX"in ötən ilki gəliri 18,67 milyard dollar olub. Bu gəlirin əsas hissəsi "Starlink"dən gəlib. Şirkət gələcək inkişafı təkcə kosmik buraxılışlar və peyk rabitəsi ilə deyil, həm də kosmosda məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla süni intellekt sahəsindəki layihələrlə əlaqələndirir.
Son xəbərlər
18:17
Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
İqtisadiyyat18:15
İsveç Futbol İttifaqı Canni İnfantinonun növbəti seçkilərdə namizədliyini dəstəkləməyəcək
Futbol18:08
İspaniyada anomal istilər 3 mindən çox insanın ölümünə səbəb olub
Digər ölkələr17:59
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
Futbol17:54
"Neftçi" basketbol komandası Konstantinos Vasiliadisi baş məşqçi vəzifəsinə təyin edib
Komanda17:52
Madyar: Anomal istilər səbəbindən Macarıstanın zərəri 137 milyon avro təşkil edə bilər
Digər ölkələr17:49
Video
Lənkəranda açıq ərazidə yanğın başlayıb
Hadisə17:43
Azərbaycanda ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının sayı II rübdə azalıb
Maliyyə17:40