SOCAR-ın istiqrazları listinqə qəbul edilib

Maliyyə
  • 19 sentyabr, 2016
  • 13:59
SOCAR-ın istiqrazları listinqə qəbul edilib

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib. 

"Report"un BFB-ya istinadən verdiyi xəbərə görə, gözlənildiyi kimi ticarətə ilkin qiyməti 1000 ABŞ dolları olmaqla 100 000 ədəd istiqraz buraxılıb. Emissiyanın anderrayteri qismində “PSG-Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın ilkin ticarət qiyməti Bazar seqmenti Anderrayter
1 AZ2001019895 faizli sənədsiz adlı təmin edilməmiş istiqraz “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti” 100 000 (ədəd) 1000 ABŞ dolları Əsas bazar “PSG-Kapital İnvestisiya Şirkəti” QSC

İstiqrazların tədavül müddəti 5 il, illik faiz dərəcəsi 5%, faiz ödənişi dövrü 3 aydır.

SOCAR istiqrazları ilk dəfə olaraq Azərbaycanda – BFB-də yerləşdiriləcək. Qiymətli kağızların fond bazarına kütləvi təklifi ilk dəfə olaraq abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 20 sentyabr – 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə 13-14 oktyabr 2016-cı il tarixlərində BFB-də baş tutacaq. 

Abunə yazılışı və yerləşdirilmə qiymətli kağızların ticarəti, ticarət sonrası əməliyytaları və bazara nəzarəti üzrə vahid platforma olan Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi (CETA) üzərindən həyata keçiriləcək.