SOCAR-ın gəlirləri 3 dəfə artıb
Maliyyə
- 01 iyul, 2016
- 08:33
Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) aktivləri 2015-ci il ərzində 15 887 mln. manat yaxud 66,01% artaraq 39 954 mln. manata çatıb.
“Report” xəbər verir ki, bu barədə “Ernst&Young” şirkətinin SOCAR-ın 2015-ci ildəki fəaliyyəti ilə bağlı açıqladığı audit hesabatında deyilir.
Hesabatda göstərilir ki, ötən il SOCAR-ın cəmi kapitalı 3 591 mln. manat yaxud 32,48% artaraq 14 648 mln. manat olub.
Həmçinin, 2015-ci ildə şirkətin ümumi gəlirləri 2014-cü ilə nisbətən 2 114 mln. manat yaxud 186,9% (2,9 dəfə) artaraq 3 245 mln. manata çatıb.
Ötən ili SOCAR 3 254 mln. manat mənfəətlə başa vurub. Xatırladaq ki, bu rəqəm 2014-cü ildə 3 830 mln. manat təşkil edib.
Son xəbərlər
18:18
Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi üzrə qanun layihələrini təsdiqləyib
Digər ölkələr18:08
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol18:06
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Daxili siyasət17:59
Antverpen şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət17:51
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
Xarici siyasət17:49
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Biznes17:45
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
Energetika17:40
Böyük Britaniyanın dövlət naziri Bakıdakı danışıqlardan məmnundur
Xarici siyasət17:39
Foto