SOCAR büdcəyə ödənişləri 2 dəfədən çox artırıb

Maliyyə
  • 10 iyul, 2017
  • 08:41
SOCAR büdcəyə ödənişləri 2 dəfədən çox artırıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin iyun ayında dövlət büdcəsinə 115,724 mln. manat vəsait ödəyib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu, ötən ilin iyun ayı ilə müqayisədə 16,764 mln. manat və yaxud 116,9% çoxdur.

2017-ci ilin yanvar-iyun aylarında isə büdcəyə 785,612 mln. manat vəsait ödənilib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 123,87 mln. manat və yaxud 118,7% çoxdur. 

Bundan əlavə, SOCAR ötən ay Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,832 mln. manat vəsait köçürüb. Şirkətin DSMF üzrə 6 aylıq ödənişləri isə 74,292 mln. manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4,76 mln. manat və yaxud 106,8% çoxdur.