"Silk Vey Vest Aviaşirkəti" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 03 sentyabr, 2025
  • 16:16
Silk Vey Vest Aviaşirkəti maliyyə vəziyyətini açıqlayıb

"Silk Vey Vest Aviaşirkəti" MMC 2024-cü ili 245,062 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 dəfə çoxdur.

Ötən il "Silk Vey Vest Aviaşirkəti"nin vergiyəqədərki mənfəəti 310,688 milyon manat (əvvəlki ilə nisbətən 2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 65,626 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Silk Vey Vest Aviaşirkəti"nin aktivləri 3 milyard 318,81 milyon manat olub ki, bu da illik müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 3,4 % artaraq 1 milyard 538,443 milyon manata, balans kapitalı isə 14,7 % artaraq 1 milyard 780,367 milyon manata çatıb.

Xatırladaq ki, "Silk Vey Vest Aviaşirkəti" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 179,387 milyon manatdır. Şirkətin təsisçiləri onunla eyni holdinqdə təmsil olunan "Silk Vey Aviaşirkəti" (98%) və "Silk Way Development" (2%) MMC-lərdir.