Salvador dövlət fonduna "Bitkoin" alan ilk ölkə olub
Maliyyə
- 07 sentyabr, 2021
- 12:36
Salvador yeni yaradılan xüsusi dövlət fondu üçün ilk 200 ədəd “Bitkoin” alıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nayib Bukele bildirib.
Bu gün Salvadorda “Bitkoin”i ABŞ dolları ilə bərabər rəsmi ödəniş vasitəsi kimi qəbul edən qanun qüvvəyə minəcək. Bununla əlaqədar olaraq 150 milyon dollarlıq xüsusi fond yaradılıb. Onun aktivləri maneəsiz olaraq Bitkoinləri dollara və tərsinə mübadilə etməyə imkan verir. Bitkoin fondunun maliyyələşməsi Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankının (CABE) 500 milyon dollarlıq kreditindən götürülür.
Salvadordan gələn xəbərlər fonunda birinci kriptovalyutanın qiyməti artmağa başlayıb və maydan bu yana ilk dəfə 52 min dolları keçib.
Son xəbərlər
13:01
Həcc mövsümü üçün sənəd qəbulunun müddəti uzadılıb
Din12:49
"Falcon 9" raketi 24 "Starlink" internet peykindən ibarət qrupu orbitə çıxarıb
İKT12:40
"Real" klubu La Liqada penalti rekorduna imza atıb
Futbol12:36
Avropa ölkələri Şimal qütbü vasitəsilə sualtı internet kabel sistemi çəkəcək
Digər ölkələr12:21
Həftənin ilk günü 20 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya12:20
Pakistanda avtobus yük maşını ilə toqquşub, 11 nəfər ölüb
Digər ölkələr12:03
Kliçko: Kiyev Rusiyanın hücumları səbəbindən fəlakət astanasındadır
Digər ölkələr11:51
Rubio əlaqələri möhkəmləndirmək üçün Şərqi Avropaya gedir
Digər ölkələr11:44