Sahil Babayev: "2026-cı ilin büdcə paketi makro-iqtisadi, fiskal və monitor sabitliyi təmin edir"

Maliyyə
  • 04 noyabr, 2025
  • 11:29
Sahil Babayev: 2026-cı ilin büdcə paketi makro-iqtisadi, fiskal və monitor sabitliyi təmin edir
Sahil Babayev

2026-cı ilin büdcə paketi makro-iqtisadi, fiskal və monitor sabitliyi təmin edir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında - "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcə paketi çərçivəsində ölkəmizin müdafiə qabiliyyəti və təhlükəsliyinin təminatı üçün müvafiq tədbirlər tam şəkildə nəzərə alınıb: "Hər bir azərbaycanlının sosial rifahının təmin edilməsi istiqamətində də tədbirlər tam şəkildə müəyyən olunub və sosial tədbirlərin tam maliyyələşdirilməsi nəzərə tutulub".

O qeyd edib ki, növbəti ildə Azərbaycanda 134,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağı gözlənilir: "Bu, 2025-ci illə müqayisədə 2,9 %-lik bir real artımdır. Son 5 ilə nəzər saldıqda bizim büdcə üzrə ÜDM-miz nominal ifadədə 36,7 milyard manat və yaxud 39,3 % artıb. Real ifadədə isə bu, 19 %-lik artım deməkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti