Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Maliyyə
  • 23 dekabr, 2025
  • 04:33
Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dolları keçərək tarixi maksimumu yeniləyib.

"Report" xəbər verir ki, bunu "Comex" (Nyu-York əmtəə birjasının bölməsi) ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 04:13-ə olan məlumata görə, qızıl fyuçersləri 2025-ci ilin fevral ayında bir troya unsiyası üçün 4 500,2 dollara (+2,57%) qədər bahalaşıb. Saat 04:17-ə qədər qızılın qiymət artımı sürətlənib və bir troya unsiyası üçün 4.500.9 dollara (+2.59%) çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti