Qazaxıstanda dollar ucuzlaşır
Maliyyə
- 02 dekabr, 2016
- 07:29
Bakı. 2 dekabr. REPORT.AZ/ Qazaxıstanın milli valyutası - tenge bu gün, dekabrın 2-də ABŞ dolları ilə müqayisədə möhkəmlənərək 1 dollar üçün 334 tenge təşkil edib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fond Birjası (KASE) məlumat yayıb.
Məlumata görə, noyabrın 30-da KZT/USD məzənnəsi 342 təşkil edib və beləliklə, tenge son iki gündə 2,25% möhkəmlənib. Xatırladaq ki, dünən, dekabrın 1-də Qazaxıstanda qeyri-iş günü olub.
Bununla yanaşı, bugünkü valyuta hərracında satış həcmi noyabrın 30-u ilə müqayisədə 57,4% artaraq 57 mln. dollara çatıb. Qazaxıstan milli valyutasının möhkəmlənməsi qlobal əmtəə bazarlarında neftin qiymətinin son iki gündə 10%-dən çox artması ilə bağlıdır.
Son xəbərlər
12:31
Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
Ekologiya12:26
WSJ: İranın ABŞ-nin bazalarına zərbələri nəticəsində dəyən ziyan 5,1 mlrd dollara çata bilər
Digər ölkələr12:15
İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq
Region11:57
İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
Region11:47
Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
Digər ölkələr11:44
Camal Sellami: "Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda biz olduq"
Futbol11:22
Foto
FHN silsilə maarifləndirmə tədbirlər keçirib
Daxili siyasət11:11
Foto
Video
Azərbaycandan tranzit keçməklə Ermənistana 770 ton buğda göndərilib
Biznes11:11