“Qala Sığorta” nizamnamə kapitalını 11% artırır
Maliyyə
- 04 iyun, 2021
- 12:03
“Qala Sığorta” ASC-nin səhmdarlarının bu il aprelin 20-də keçirilmiş növbəti ümumi yığıncağında şirkətin nizamnamə kapitalının 894 447 manat və yaxud 11,1% artırılaraq 8 050 000 manatdan 8 944 447 manata çatdırılmasına qərar verilib.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 23 manat olan 38 889 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızları “Qala Sığorta”nın yeganə səhmdarı – “AzRe Təkrarsığorta” ASC-nin ("Qala Həyat Sığorta" ASC-nin 90%-lik səhmdarı) əldə edəcəyi gözlənilir.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb.
Son xəbərlər
17:52
Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur
Digər ölkələr17:51
Foto
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr olub
Xarici siyasət17:47
Hesablama Palatası təchizatçıların vahid reyestrinin yaradılmasını təklif edir
Maliyyə17:44
Türkiyə Futbol Federasiyası ölkə kubokunun final matçının məkanını açıqlayıb
Futbol17:38
Foto
Bakı metrosu: WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər
İnfrastruktur17:38
Hesablama Palatası: Çərçivə sazişi mexanizmi təkmilləşdirilməlidir
Maliyyə17:38
Bakıda kirayə qalan gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Hadisə17:35
Azərbaycan Türkmənistanla nəqliyyat və rəqəmsal əməkdaşlığın inkişafını müzakirə edib
Xarici siyasət17:33