“PAŞA Bank” nizamnamə kapitalını artırır
Maliyyə
- 02 sentyabr, 2020
- 09:21
“PAŞA Bank” ASC nizamnamə kapitalını 21 511 800 manat və yaxud 6,5% artıraraq 333 000 000 manatdan 354 511 800 manata çatdırmağı planlaşdırır.
Bu barədə “Report”a maliyyə bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı şəkildə yerləşdiriləcək və onları Bankın mövcud səhmdarları alacaqlar. Proses “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutacaq.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Hazırda Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.
Son xəbərlər
15:24
Latviya və Almaniya müdafiə sahəsində strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
Digər ölkələr15:24
Parlament prospektində ev yanır
Hadisə15:18
Bakıda UEFA-nın D kateqoriyalı məşqçi kursları keçiriləcək
Futbol15:15
Rütte: HHM üçün raketlərin 90%-i PURL proqramı çərçivəsində Ukraynaya çatdırılıb
Digər ölkələr15:11
Ermənistan-İran elektrik verilişi xətti bu il istismara verilə bilər
Region15:07
İngiltərə klubları qışın ən bahalı beş futbolçu transferində iştirak ediblər
Futbol15:01
Nazir: Ermənistan 2026-2027-ci illərdə modul tipli AES-in tikintisi ilə bağlı qərar qəbul edəcək
Region14:59
"Regional" BOKT-un istiqrazlarına 55 investor maraq göstərib
Maliyyə14:55
Foto