"Para" BOKT-dan ƏSF-yə ötürülmüş kreditlər üzrə ödəniş imkanları genişlənib

Maliyyə
  • 21 oktyabr, 2025
  • 11:04
Para BOKT-dan ƏSF-yə ötürülmüş kreditlər üzrə ödəniş imkanları genişlənib

"Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) kredit portfelinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ötürülmüş hissəsi üzrə ödəniş üsulu imkanları genişləndirilib. Bu portfelə aid olan borcalanlar kredit ödənişlərini ölkə üzrə geniş xidmət şəbəkəsinə malik "MilliÖn" ödəniş terminalları və mobil tətbiqi vasitəsilə də həyata keçirə bilərlər.

Ödəniş infrastrukturunun genişləndirilməsi borcalanlara göstərilən xidmətlərin daha əlçatan, rahat və çevik şəkildə həyata keçirilməsinə şərait yaradır. "MilliÖn" ödəniş sistemi ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edən terminallar şəbəkəsinə və mobil tətbiqə malikdir. Bu imkanlar borcalanlara kredit ödənişlərini həm terminallar vasitəsilə, həm də onlayn platforma üzərindən günün 24 saatı, həftənin 7 günü, istənilən yerdən rahat və növbəsiz şəkildə həyata keçirməyə şərait yaradır.

Ödənişlərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:

· "MilliÖn" terminalında və ya mobil tətbiqdə bölməsinə daxil olun;

· Siyahıdan Əmanətlərin Sığortalanması Fondunu - ADİF subbölməsini seçin;

· Müvafiq xanaya FİN kod və ya VÖEN daxil edin;

· Siyahıdan "Para" BOKT-u seçin (habelə hesabınızı);

· Ödəniş məbləğini təsdiqləyərək əməliyyatı tamamlayın.

Borcalanlar bilməlidir ki, "MilliÖn" vasitəsilə edilən ödənişlər real vaxt rejimində sistemdə əks olunur, bu da ödəniş prosesinin sürətli və etibarlı şəkildə icra edilməsinə imkan verir.

"Para"nın sözügedən borcalanları kredit ödənişlərini "Azərpoçt" MMC-nin ölkə üzrə xidmət şəbəkəsi vasitəsilə də həyata keçirə bilərlər. Belə ki, "Azərpoçt" filial və şöbələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər

ƏSF "Para"nın həmin borcalanları üçün göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də ödəniş üsulu imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti