Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 42 %-dən çox artıb

Maliyyə
  • 11 sentyabr, 2025
  • 13:33
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 42 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 122 milyon 629 min 300 manat vəsait yönəldilib.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən "Report"un yerli bürosuna məlumat verilib.

Bildirilib ki, bu, bir il öncəki göstəricidən 42,4 % çoxdur.

İstifadə olunmuş vəsaitin 30 milyon 928 min manatı və ya 25,2 %-i məhsul istehsalı sahələrinə, 36 milyon 960 min 300 manatı və ya 30,2 %-i xidmət sahələrinə, 54 milyon 741 min manatı və ya 44,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub..

Məlumata görə, əsas kapitala vəsait qoyuluşunun 91 milyon 650 min 800 manatı və ya 74,7 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,6 % çoxdur.