Naxçıvan gömrükçüləri büdcə proqnozunu 108 % icra edib

Maliyyə
  • 24 oktyabr, 2025
  • 10:22
Naxçıvan gömrükçüləri büdcə proqnozunu 108 % icra edib

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində qeydə alınan idxal əməliyyatlarının həcmi 82 milyon 773 min, ixrac əməliyyatlarının həcmi isə 10 milyon 333 min ABŞ dolları dəyərində olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisinin müavini Rəşad Bayramov İdarədə 9 ay ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxalın həcmində 8 % azalma, ixracın həcmində isə 30 % artım müşahidə olunub: "Ötən dövr ərzində Komitə tərəfindən Baş İdarə üzrə müəyyən olunmuş 32 milyon 407 min manat proqnoza qarşı 35 milyon 64 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin edilib, 9 aylıq proqnoz-tapşırıq 108,2 % yerinə yetirilib".

O eyni zamanda qeyd edib ki, muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayında azalma olmasına baxmayaraq "Naxçıvan Muxtar Respublikasının 2025-ci ilin büdcəsi haqqında" Qanunu ilə təsdiq edilmiş "Xarici dövlətlərdə qeydiyyatda olan avtоnəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yоl vergisi" üzrə müəyyən olunan 8 milyon 880 min manat proqnoza qarşı Baş İdarə tərəfindən 13 milyon 725 mion manat yəni 55 % artıq vəsait muxtar respublikanın büdcəsinə köçürülüb. Hesabat dövrü ərzində mövcud qanunvericiliyə əsasən 42 milyon 646 min ABŞ dolları dəyərində olan mallar, yəni ümumi idxalın 52 %-i idxal gömrük rüsumundan, 11 milyon 15 min ABŞ dolları dəyərində olan mallar isə yəni ümumi idxalın 13 %-i əlavə dəyər vergisindən azad edilib".

Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində bu ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlı olduğunu əsaslandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti