Musa Quliyev: "İndiyə qədər olan 5 sosial islahat paketinin ümumi dəyəri 8 milyard manatdan çoxdur"

Maliyyə
  • 20 noyabr, 2025
  • 15:21
Musa Quliyev: İndiyə qədər olan 5 sosial islahat paketinin ümumi dəyəri 8 milyard manatdan çoxdur

2019-cu ildən başlayaraq həyata keçirilən 5 sosial islahat paketinin ümumi dəyəri 8 milyard manatdan çoxdur.

"Report" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il üçün 5-ci sosial islahatlar paketi qəbul edilib, bu il minimum əmək haqqı 16 %, minimum pensiya 14,3 % artırılıb, 3 milyondan çox vətəndaşımızın sosial rifahı yüksəlib: "2019-cu ildən başlayaraq reallaşdırılan sosial islahat paketlərindən isə 4 milyon vətəndaşımız faydalanıb".

"​Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib. Heç də təsadüfi deyil ki, ənənəvi olaraq, dövlət büdcəmizin 40 %-dən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun təhlükəsizliyi, onun sosial rifahı, onun xoşbəxtliyi dayanır. Dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan dərin sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib", - deyə deputat əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti