Mikayıl Cabbarov: "I rübdə vergi proqnozuna 121,1 % əməl edilib"

Maliyyə
  • 08 aprel, 2021
  • 07:01
Mikayıl Cabbarov: I rübdə vergi proqnozuna 121,1 % əməl edilib

Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları 2 085,73 milyon manat təşkil edib. Bununla da, proqnoza 121,1% əməl edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Rüb ərzində büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür", - nazir əlavə edib.