"Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 20 oktyabr, 2020
- 05:55
Noyabrın 19-da, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 19A ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə, 9%-i isə Yaşar Əliyevə məxsusdur.
Son xəbərlər
10:12
FHN rəsmisi: Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb
Hadisə10:12
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Daxili siyasət10:10
DSMF-nin xərcləri 9 % artıb
Maliyyə10:07
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Maliyyə10:01
İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları müəyyən edilir
Milli Məclis10:00
Foto
Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib
Fərdi09:56
Foto
"İvanovka Aqropark"a qeydiyyat şəhadətnaməsi təqdim edilib
ASK09:50
Kuş Çoksi: "ABŞ şirkətləri Azərbaycanda keçirilən tenderlərə maraq göstərir"
Biznes09:40