MDM və "Clearstream" hesablaşma mexanizmlərinin yaradılmasını müzakirə edib
- 26 sentyabr, 2025
- 11:24

Milli Depozit Mərkəzi (MDM) dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatı "Clearstream" şirkəti ilə qarşılıqlı hesablaşma mexanizmlərinin yaradılmasını müzakirə edib.
"Report" bu barədə MDM-yə istinadən xəbər vberir.
Məlumata görə, iki qurumun nümayəndələri arasında görüş keçirilib. Görüşdə MDM-i Müşahidə Şurasının sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, "Clearstream"i isə Qlobal Məhsullar üzrə Baş Meneceri Yan Vilyems təmsil edib.
Görüşdə həmçinin MDM-in "Clearstream"də, "Clearstream"in isə MDM-də nominal saxlayıcı hesablarının açılması imkanları ilə bağlı müzakirələr aparılıb, depozitar xidmətlər sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri və Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası məsələləri müzakirə olunub.
Bu, "Clearstream"in geniş beynəlxalq investor bazasının Azərbaycan fond bazarına səmərəli çıxışının təmin edilməsi istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda, Azərbaycan fond bazarlarının da "Clearstream"in yaratdığı geniş beynəlxalq infrastrukturdan istifadə imkanı yaranacaq.
Tərəflər həmçinin, gələcək birgə fəaliyyətin istiqamətlərini müəyyən etmək və texniki imkanları daha ətraflı öyrənmək məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.