"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 02 sentyabr, 2025
- 19:57
Oktyabrın 10-da, saat 12:00-da Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin nizamnamə kapitalının artırılması məqsədilə əlavə səhm buraxılışı məsələsi daxildir.
"Legion Financial" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,91 milyon manatdır. Şirkətin səhmləri Turan İsmayılova, Ramin Süleymanlıya, Rövşən Sultanova, Böyükağa Məmmədova və Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.
Son xəbərlər
18:47
Foto
Muzey Mərkəzində təsviri sənət üzrə "Milli motivlər" adlı ustad dərsi keçirilib
Mədəniyyət18:43
Türkiyəli nazir: Azərbaycanla birgə brendlərin inkişaf etdirilməsi əməkdaşlığımızda mühüm rol oynayır
Biznes18:42
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Xarici siyasət18:42
Foto
"Qarabağ florası" kitabının təqdimatı olub
Qarabağ18:33
Foto
Din Xadimlərinin II Forumunun iştirakçıları İlahiyyat İnstitutunda olublar
Din18:23
Foto
ETSN-də Türkiyənin nümayəndə heyəti ilə görüş keçirilib
Ekologiya18:20
Foto
AFFA rəsmiləri bölgə klublarının akademiyalarını ziyarət ediblər
Futbol18:13
İrandan İraqa qaz tədarükü dayandırılıb
Digər ölkələr18:09