Kriptovalyuta bazarında apreldən bəri ən böyük eniş qeydə alınıb

Maliyyə
  • 11 oktyabr, 2025
  • 04:36
Kriptovalyuta bazarında apreldən bəri ən böyük eniş qeydə alınıb

ABŞ Prezidenti Donald Trampın Çinə tarifləri elan etməsindən sonra kriptovalyuta bazarında aprelin əvvəlindən bəri ən böyük eniş qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, bazar dəyərinə görə ən böyük kriptovalyuta olan bitkoin, Trampın "Truth Social" platformasındakı paylaşımından sonra 12 %-dən çox ucuzlaşıb və bundan sonra eniş dayanıb.

Qeyd edilir ki, 6 milyard dollardan çox kriptovalyuta mövqeləri Trampın açıqlamasından bir saat sonra ləğv edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti