"İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Maliyyə
- 09 dekabr, 2025
- 11:24
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.
Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Son xəbərlər
09:31
Azərbaycan neftinin qiyməti 63 dolları keçib
Energetika09:23
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun daha bir matçı keçiriləcək
Komanda09:21
KİV: ABŞ Tayvana 11,1 milyard dollar məbləğində silah-sursat satışını təsdiqləyib
Digər ölkələr09:21
Türkiyəli müğənni Aleyna Tilki və daha bir neçə tanınmış şəxs saxlanılıb
Region09:20
Hesablama Palatasının yeni Strateji Planının ilkin layihəsi təqdim edilib
Maliyyə09:19
Astarada elektrik enerjisinin verilişində fasilə yaranacaq
Energetika09:14
Sumqayıtda yerləşən yeni evlər kirayə mənzil fonduna daxil edilib
İnfrastruktur09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.12.2025)
Maliyyə09:05