Himalay Məmişov: "Qeyri-neft-qaz gəlirlərində artım neft-qaz gəlirlərində artımı üstələyib"

Maliyyə
  • 12 noyabr, 2025
  • 11:32
Himalay Məmişov: Qeyri-neft-qaz gəlirlərində artım neft-qaz gəlirlərində artımı üstələyib

Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin orta illik artım tempi neft-qaz gəlirlərinin orta illik artım tempini 7,8 faiz bəndi üstələyib.

"Report" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, artan qeyri-neft-qaz gəlirləri hesabına dövlət büdcəsinin cari xərclərinin örtülməsi göstəricisi ötən müddətdə 3,5 faiz bəndi yüksəlib.

"Növbəti il üçün dövlət və icmal büdcənin hazırlanmasında makro-iqtisadi proqnoz göstəriciləri - xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 %, manatın ABŞ dollarına nisbətən məzənnəsi 1,7 manat nəzərə alınıb, ÜDM-nin 0,9 %, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 5 % real artımı əsas götürülüb", - deyən nazir müavini qeyd edib.

Bundan başqa, H.Məmişov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artmasına baxmayaraq, ölkəmizdə davamlı iqtisadi artım qorunub: "Fiskal-monetar nəticələr üzrə pozitiv dinamika təmin edilib, əhalinin rifah halının yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan insanlarımıza dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirlər reallaşdırılıb, xalqın rifahının yaxşılaşdırılması, onun sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin təməlini təşkil edir".

Son xəbərlər

Bütün Xəbər Lenti