Hesablama Palatası: Gələn ilin dövlət büdcəsində bəzi mənbələr üzrə vergi elastikliyinin artması proqnozlaşdırılır

Maliyyə
  • 12 noyabr, 2025
  • 12:53
Hesablama Palatası: Gələn ilin dövlət büdcəsində bəzi mənbələr üzrə vergi elastikliyinin artması proqnozlaşdırılır
Hesablama Palatası

"Büdcə sistemi haqqında" qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşdirmələr aparılmalıdır.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən bu qanunun 16.1-ci maddəsinə əsasən təqdim edilmiş 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsindəki göstəricilər maddələr üzrə təhlil edilib:

"Qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşdirmələrin aparılmalı olduğu qənaətinə gəlinib. Eyni zamanda qeyd etmək istərdim ki, "Büdcə sistemi haqqında" qanunda növbəti ilin dövlət büdcəsi layihəsi ilə bağlı edilən dəyişikliklər zamanı Hesablama Palatasının əvvəlki illərdə verdiyi tövsiyələr nəzərə alınıb".

N. Sadıqov əlavə edib ki, bu, büdcə prosesində şəffaflığın artırılmasına, maliyyə idarəçiliyinin səmərəliliyinin yüksəldilməsinə və dövlət vəsaitlərinin məqsədyönlü istifadəsinə xidmət edir.

O həmçinin bildirib ki, dövlət büdcəsinə vergi xətti üzrə daxilolmaların əsas mənbələrində proqnozlaşdırılan gəlirlərin reallaşmasında ciddi risklər gözlənilmir.

"Təhlillər göstərir ki, bəzi mənbələr üzrə vergi elastikliyinin artması gözlənilir. Gömrük Komitəsi xətti ilə daxilolmaların ciddi nəzarət altında saxlanılması tendensiyası davam etdirilib. Gəlirlərin proqnozlaşdırılması prosesində istifadə olunan iqtisadi göstəricilərin tərkibində əhəmiyyətli dəyişikliklər baş vermədiyi halda, müəyyən edilmiş proqnozların icra olunacağı qənaətinə gəlinib", - deyə sədr müavini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti