Hesablama Palatası: DSMF-nin debitor borcu 285 milyon manatı keçib
- 12 noyabr, 2025
- 14:09
Bu ilin iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) debitor borcları 285,2 milyon manat təşkil edib.
"Report" bu barədə Hesablama Palatasının Fondun 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu, ilin əvvəlinə nisbətən 7,8 % çoxdur.
Rəydə qeyd olunur ki, debitor borcların artım tempinin yüksək olması fonunda Fondun əsas iri sığortaedənlər və digər hüquqi şəxslər üzərində inzibati nəzarətin gücləndirilməsi zəruri hesab edilir. Qurum bu borcların minimallaşdırılmasını təmin edəcək optimal həll yollarının hazırlanmasını vacib sayır.
Rəyə görə, debitor borcların yaranmasının əsas səbəbi məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsi ilə bağlıdır. Bu hallar nəticəsində müvafiq sığortaedənlərə faiz və maliyyə sanksiyaları tətbiq olunur.