"Haqqı ödənilən ictimai işlər portalı" 239 min manata başa gələcək

Maliyyə
  • 19 aprel, 2021
  • 12:34
Haqqı ödənilən ictimai işlər portalı 239 min manata başa gələcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi "Haqqı ödənilən ictimai işlər portalı" proqram təminatının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Prosys" MMC-dir.

Qalib şirkətə 239 min manat ödəniləcək.